İçərişəhərdə “Sehirli Qala” festivalı başlayır

 

Əziz Bakı sakinləri və şəhərimizin qonaqları!

Sizi qədim İçərişəhərdə keçiriləcək “Sehrli Qala” festivalına dəvət edirik!

Festival 17 dekabr 2022-17 yanvar 2023 tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək.

17 dekabr 2022-17 yanvar 2023 tarixlərində İçəri Şəhərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə “Sehrli qala” satış sərgi yarmarkası keçiriləcək. Yarmarkanın keçirilməsində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsi və onların inkişafına dəstək olmaqdır. Bundan əlavə sərgi, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, yerli məhsulların daha böyük auditoryaya tanıdılmasına, sahibkarların gəlirlərinin artmasına şərait yaratmaq, sahibkarların xidmət keyfiyyətini yaxşılaşdırmaq, müştəri təlabatının öyrənilməsinə şərait yaratmaq kimi məqsədləri də özündə birləşdirir.

Sərgidə müxtəlif qida növləri, tekstil, əl işi, dekorativ əşyalar, müxtəlif aksessuarlar, qab-qacaq, ev əşyaları, dekor və oyuncaqlar, kosmetika və gigiyenik vasitələr, xidmət sektoru (təhsil, səhiyyə), nəşriyyat və s. sahədən olan sahibkarlar iştirak edəcək.

“Sehrli Qala” festivalı çərçivəsində KOB Guşəsini UNİMETAL MMC Baş sponsor qismində, AZ NAR və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan OBA Supermarketlər şəbəkəsi sponsor qismində təsis ediblər.

Sərgidə iştirak etmək istəyən sahibkarların qeydiyyatdan keçməsi mütləqdir!

Qeydiyyat linki : https://forms.gle/J8mkFSYYns4bvsSp7

Xüsusi qeyd, sahibkarlar sərgidə yalnız müəyyən müddət iştirak edə bilərlər. Qeydiyyatdan keçərkən sizə uyğun tarixlərdən birini seçin.