“Agro Business Forum Azerbaijan–2023” forum-sərgi keçiriləcək.

16-17 fevral tarixlərində Türkiyə Cumhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA)  təşkilatçılığı ilə “Agro Business Forum Azerbaijan–2023” forum-sərgi keçiriləcək.

Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılmasıdır.

7 paneldən ibarət “Agro Business Forum Azerbaijan–2023” forum-sərgisində B2B, B2C və B2G görüşlər keçiriləcək.

Forum-sərgidə Azərbaycan, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan ölkələrinin nümayəndələrinin və 100-dən çox  türk iş adamlarının  iştirakı gözlənilir.

1300 kvadrat metrlik sahəni əhatə edəcək forum sərginin Davos formatında keçiriləcək forum hissəsində 250 nəfər izləyicinin iştirakı, sərgi hissəsində isə 45 türk şirkəti öz məhsullarını və xidmətlərini təqdim edəcəklər.

Sərgidə məhsulunu yerləşdirmək üçün yer icarə etmək istəyənlər və ya ziyarətçi qismində iştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi mütləqdir.

Sərgidə məhsulunuzu nümayiş etdirmək üçün qeydiyyat :   https://bit.ly/stend_reservation

Ziyarətçi qismində iştirak emək istəyənlər üçün qeydiyyat:    https://bit.ly/abf_registration

Ətraflı məlumat: abf.kobska.az