Haqqımızda

Məlumat

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası 13 may 2020-ci ildə təsis olunub, 30 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır. Sahibkarların maarifləndirilməsi, inkişaf etdirilməsi, müasir səriştələrin aşılanması, şəbəkələşmə, mübadilə və kommunikasiya, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma ilə çıxış etmək iddiasını əks etdirir.

Vizyon

Qlobal çağırışlara cavab verən sahibkarlıq mühitini formalaşdırmaqla, milli potensialın beynəlxalq arenaya inteqrasiyasına dəstək olmaq

 

Məqsəd

Assosiasiyanın əsas məqsədi ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir.

 

Vəzifələr

  • Maraqlı tərəflər arasında əlaqələndirici rol oynamaq
  • Sahibkarların maliyyə imkanlarına çıxışını təmin etmək
  • Əlverişli investisiya mühitinin formalaşması üçün tədbirlər görmək
  • Qlobal çağırışlara uyğun peşəkar biznes savadlılığını artırmaq
  • Ölkə iqtisadiyyatına və biznes mühitinə real təsir göstərən sahibkarlardan ibarət şəbəkə formalaşdırmaq
  • “Korporativ Sosial Məsuliyyət” fəlsəfəsini təşviq etmək

Ətraflı məlumat üçün klik et:

Haqqımızda