İkinci “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkası Astarada baş tutacaq !

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Maricel Astara Resort”un təşkilatçılığı ilə 28 oktyabr tarixində Astara Dənizkənarı Park-Bulvar Kompleksi – Maricel Astara Resortda ikinci “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkası təşkil olunacaq.

Tədbirin təşkilində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Yarmarkada 50–ə yaxın biznes subyekti tərəfindən 1 gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunacaq. Bundan başqa əyləncəli konsert proqramı, uşaqlar üçün master klaslar və s. də təşkil ediləcək.

Qeyd edək ki, tədbirin informasiya tərəfdaşı Xəzər Media Mərkəzidir.

Silsiləvi xarakter daşıyan “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkasını il sonundək hər ay olmaqla keçiriləcək.

Sərgidə iştirak etmək ikstəyən sahibkarların qeydiyatdan keçməsi vacibdir : https://bit.ly/3T6aygw